“Səhra mətbəxi” müsabiqəsində Azərbaycan komandası finala vəsiqə qazanıb - FOTO\VİDEO

18:54 10-08-2019 419

Moskva vilayətinin Alabino hərbi poliqonunda təşkil edilən “Bynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində “Səhra mətbəxi” müsabiqəsində Azərbaycan komandası finala vəsiqə qazanıb.

HerGun.Az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu gün iştirakçı komandaların çörəkçiləri şirniyyat məmulatlarının hazırlanmasında öz məharətlərini nümayiş etdiriblər.
 
Hakimlərin qərarına əsasən Azərbaycan komandası 239 balla birinci yerdə, Qazaxıstan komandası 238 balla ikinci yerdə, Monqolustan komandası isə 234 balla  üçüncü yerdə qərarlaşıb.