Azərbaycan xaricdən mobil telefon alışını iki dəfə artırıb - SİYAHI + FOTO

19:00 15-06-2021 45

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 90 milyon 808,3 min dollar dəyərində 588 min 114 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal edilib.

HerGun.Az-ın məlumatına görə, mobil telefonların idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 93,2 faiz (1,9 dəfə), idxal dəyəri isə 2,2 dəfə artıb.

Müvafiq dövr ərzində Azərbaycan mobil cihazları infoqrafikada adı qeyd edilən ölkələrdən idxal edib:

Qeyd edək ki, ötən ilin yanvar-aprel ayları ərzində ölkəyə 41 milyon 61,4 min dollar dəyərində 304 min 410 ədəd mobil və ya simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal edilib.

Nigar Məmmədova