AVRO-2020: İlk turun mərkəzi matçında Fransa Almaniyaya qalib gəldi - YENİLƏNİB + VİDEO

01:00 16-06-2021 492

F qrupunun Fransa – Almaniya görüşü başa çatıb. Fransa millisi Mats Humelsin avtoqolu sayəsində meydan sahiblərinə 1:0 qalib gəlib.

23:54

Fransa millisi ev sahibi Almaniyaya ilk hissədən sonra 1:0 qalib gəlir. Hazırda oyunda ikinci hissəyə start veriləcək. 

23:21

Son dünya çempionu Fransa hesabı açdı. “Bayern”in sabiq mərkəz müdafiəçisi Mats Humels 20-ci dəqiqədə Münxen klubunun indiki sol cinah müdafiəçisi Lukas Ernandesin cinah ötürməsindən sonra topu öz qapısına vurdu. Bu, AVRO-2020-də üçüncü avtoqoldur.

23:01

F qrupunda ikinci oyun başlandı.

HerGun.Az xəbər verir ki, Fransa millisi Münxendə Almaniya millisinin qonağıdır.

Fransa (4-3-3): Lyoris (kapitan), Pavar, Varan, Kimpembe, Ernandes, Rabyo, Kante, Poqba, Benzema, Qrizman, Mbappe

Almaniya (3-4-3): Noyer (kapitan), Rüdiqer, Humels, Qinter, Qosens, Kroos, Gündoğan, Kimix, Müler, Qnabri, Haverts 

Səbuhi Musayev