Bakıda mənzildən kişi meyiti tapıldı

19:45 10-08-2019 612

Avqustun 10-da Bakı şəhərinin Nəsimi rayonundakı mənzillərdən birində kişi meyiti tapılıb.

HerGun.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri evin giriş qapısını açıblar. Mənzildə aşkarlanan 1960-cı il təvəllüdlü Kukov Aleksandr Yevgenyeviçin meyiti aidiyyəti üzrə təhvil verilib.​