Azərbaycanda əkiz övlad dünyaya gətirən ana öldü

10:40 16-06-2021 705

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana doğuşdan sonra vəfat edib.

HerGun.Az-ın məlumatına görə, Biləsuvar rayon sakini Xəyalə Əhmədovanın xəstəxanada qeysəriyyə yolu ilə əkiz övladı dünyaya gəlib.

Daha sonra X. Əhmədovanın vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət