Tramp ona yazılan məktubun mətnini açıqladı

19:45 10-08-2019 491

ABŞ prezidenti Donald Tramp bildirib ki, KXDR lideri kim Çen In ona yazdığı məktubda danışıqlara başlamaq istəyini dilə gətirib. 

HerGun.Az-n verdiyi xəbərə görə, Tramp bu barədə özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, Kim Çem In məktubunda danışıqların ABŞ-Cənubi Koreya təlimləri bitən kimi başlana biləcəyini düşünür.

Daha əvvəl ABŞ prezidenti Kim Çen Indan xoş bir məktub aldığını bəyan etmişdi.