İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin oyununu izləyir - FOTO

20:20 16-06-2021 376

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə - Uels matçını izləyir.

Qarşılaşma Bakı Olimpiya Stadionunda (BOS) keçirilir.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.