Nardaranda dörd uşaq batdı

20:45 10-08-2019 372


Bu gün Xəzərin Nardaran sahillərində dörd uşaq batıb. 

HerGun.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlar 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı və 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızıdır. 

M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir.