Salyanda ağır qəza: 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

21:18 10-08-2019 438

Salyanda iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Noxudlu kənd ərazisindən keçən hissəsində baş verib.

 “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən qarşıda gedən “BMW” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan biri Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.