Ən çox xidmət göstərən tibb müəssisələri - SİYAHI

15:40 17-06-2021 290

Ən çox xidmət göstərmiş və ilk onluğuna daxil olan tibb müəssisələrinin adları açıqlanıb. 

Bu barədə HerGun.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Sumqayıt Tibb Mərkəzi (87 943), Respublika Klinik Xəstəxanası (70 530), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (59 131), Kliniki Tibbi Mərkəz (41 064), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (37 641), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (23 383), K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (22 478), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (16 058), Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (15 248) və 15 nömrəli Uşaq Poliklinikası (9 029).