Rəşad Sadıqov komandasını Türkiyəyə aparacaq

16:00 17-06-2021 357

“Zirə”nin mövsümlərarası hazırlıq planı bəlli olub. 

HerGun.Az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri iyunun 24-də çalışmalara start verəcək. 

Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. “Zirə” bu müddətdə üç yoxlama oyunu keçirməyi planlaşdırır. 

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 18 iyul – 1 avqust tarixlərində qardaş ölkədə olacaq komanda bu müddətdə dörd yoxlama matçı keçirməyi hədəfləyib.