Yevlaxda yük avtomobili piyadanı vurdu

23:00 17-06-2021 297

Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, “Atiko” markalı yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən, Yevlax rayon sakini, 1956-cı il təvəllüdlü Mamedov Tahir Yolçu oğlunu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya aparılıb.

Onun həkim olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.