ABŞ-dan S-400 açıqlaması: “Dialoq davam edəcək”

02:00 18-06-2021 354

ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüş zamanı Türkiyənin Rusiyadan əldə etdiyi S-400 zenit raket kompleksləri barədə razılığa gələ bilməyiblər.

Bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ağ Ev rəhbərinin Avropa turnesinin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı bəyan edib.

O qeyd edib ki, tərəflər sözügedən məsələ ilə bağlı dialoqun davam etdirilməsinə qərar veriblər.