“Victoria's Secret” gözəl “mələk”ləri uğurlularla əvəzlədi

04:20 18-06-2021 510

“Victoria's Secret” brendi “mələklər” kimi tanınan modellərindən imtina edib.

Bu barədə “New York Times” məlumat yayıb.

Bildirilir ki, brend bədən quruluşu gözəl olan qadınları nailiyyətləri ilə seçilən qadınlarla əvəzləmək istəyir.

Yeni modellərin siyahısına 35 yaşlı aktivist və futbolçu Meqan Rapino, 17 yaşlı xizəkçi Eylin Qu, 29 yaşlı model Paloma Elzesser, həmçinin 38 yaşlı hindistanlı aktrisa Priyanda Çopra Conas daxil olub.

“Dünya dəyişdikdə biz buna çox gec reaksiya verdik. Bizim brendimiz kişilərin istədiyi olmaqdan çıxıb, qadınların istədiyi olmalıdır”, - deyə şirkətin icraçı direktoru Martin Uoters bildirib.