Koronavirusun bitməsini “Mərhəmət İlahəsi”ndən qeyri-adi üsulla dilədilər - FOTO/VİDEO

08:20 18-06-2021 507

Yaponiyada buddist ilahəsinin heykəlinə 35 kiloqramlıq maska ​​taxılıb. Bu yolla onlar Tanrıya koronavirusdan xilas olmaq diləklərini çatdırmaq istəyiblər.

Bu barədə “Reuters” xəbər verir.

Məlumata görə, 57 metr hündürlükdəki heykələ maska dörd alpinist tərəfindən üç saata taxılıb.

Məbəd müdiri Takaomi Horiganın sözlərinə görə, maska fikri fevral zəlzələsində zədələndikdən sonra heykəlin yenidən qurulması ilə bağlı müzakirələr zamanı işçilər tərəfindən verilib.

Maskanın Yaponiyada COVID-19-la bağlı vəziyyət nəzarətə alınanadək qalması planlaşdırılır.