Qaxda dəhşətli qəza - 2 ölü, 5 yaralı

00:00 11-08-2019 410

Qax rayonunda 2 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, qəza Bakı-Qax yolunun 30-cu kilometrliyində, Qax rayonu ərazisində baş verib. 

İlkin məlumatlara görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib. 5 yaralı isə Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.