“Tottenhem” azarkeşlərinin istəyi ilə Qattuzodan imtina etdi

04:00 19-06-2021 413

“Fiorentina”nın keçmiş baş məşqçisi Cennaro Qattuzo “Tottenhem”in sükanı arxasına keçməyəcək.

Bu barədə “The Athletic” məlumat yayıb.

Nəşr qeyd edir ki, klub rəhbərliyi azarkeşlərin çoxsaylı etirazlarıdan sonra italiyalı mütəxəssisi dəvət etmək fikrindən imtina edib. Onunla danışıqlar aparılsa da, təyinat alınmayıb.