Milyarder oyuncağı: dünyanın ən böyük yaxtası

02:27 11-08-2019 10

Koreyalı dizayner Çulxun Park və lüks yaxtaların konstruktoru Palmer Conson 229 metr uzunluğu olan super yaxta layihəsini təqdim ediblər. 

Yeni yaxta futbol meydançasından iki dəfə çoxdur. Əgər yaxta həqiqətən inşa edilsə, o, tarixin ən böyük gəmisi sayılacaq.

Yaxtanın qiyməti isə 800 milyon dollar olacaq. Hazırkı rekord BƏƏ prezidenti Xəlifə ibn Zaid Əl Nahayyana məxsusdur. Onun yaxtasının uzunluğu 180 metrdir.

229 metrlik yaxta layihəsi isə “Valkyrie” adlanır. Bu yaxta 52 qonaq üçün nəzərdə tutulub və onlara 92 nəfərlik ekipaj qulluq edəcək. Yaxtanın maksimal sürəti 46 km/saatdır. Gəmi əsasən alüminium və kompozitdən hazırlanacaq. Maraqlıdır ki, koreyalı dizayner üçün super yaxta hazırlanması universitetdə diplom işi olub.