Oğuzda minik maşını kombaynla toqquşdu: Sürücü xəstəxanalıq oldu – FOTO

21:20 19-06-2021 34

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili “Niva” markalı kombayna çırpılıb. Nəticədə minik avtomobili yararsız vəziyyətə düşüb, sürücü ağır bədən xəsarətlərı ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.