Niderlandlı hücumçu “Barselona”da

22:00 19-06-2021 300

Niderland millisinin və Fransnın “Lion” klubunun hücumçusu Memfis Depay karyerasını “Barselona”da davam etdirəcək.

Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu 2023-cü il mövsümünün sonuna qədər “Barselona”da çıxış edəcək.

Qeyd edək ki, M.Depay son mövsümdə “Lion”un heyətində Fransa çempionatında 20 qol vurub.