İdmançı sevgililərin plyaj görüntüləri yayıldı - FOTO

03:00 20-06-2021 353

Ötən həftə sağ çiynindən əməliyyat olunan kanadali tennisçi Engenie Bouçard idmançı sevgilisi Meyson Rudolf ilə plyajda görüntülənib.

“Just Jared” xəbər verir ki, 27 yaşlı tennisçi futbolçu sevgilisi ilə Mayamidə dincəlib.

Qolunun sağalmamasına baxmayaraq, gənc idmançı dənizə girməkdən də çəkinməyib.

Bouçardın dənizə girməzdən əvvəl Rudolfa günəş kremi çəkməsi, əylənmələri kamerada əks olunub. Rudolfun sevgilisinə qayğı ilə davranması diqqət çəkib.