Sankt-Peterburqda son 116 ilin rekord istiləri qeydə alınıb

05:00 20-06-2021 304

Rusiyanın Sankt-Peterburq şəhərində son 116 ilin ən yüksək temperaturu qeydə alınıb.

REN TV xəbər verir ki, 19 iyunda Sankt-Peterburqda havanın istiliyi 29,9 dərəcəyə qədər yüksəlib.

“Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, Sankt-Peterburqda isti dalğası yeni başlayır və meteoroloqlar yeni rekord istiləri qeydə almağa hazır olmalıdırlar.

Şəhər Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi artıq anormal istilər barədə yerli sakinlərə xəbərdarlıq ünvanlayıb.

Rəsmi məlumatda iyunun 19-dan 24-dək Sankt-Pterburqda havanın temperaturunun normadan artıq olacağı qeyd olunub.