Böyük iştahla çay içən oranqutan izləyicilərin diqqətini qazandı - VİDEO

07:00 20-06-2021 481

Böyük iştahla çay içən oranqutan meymunu maraqla qarşılanıb.

“Haber Global” məlumat verir ki, oranqutanın sevimli məşğuliyyətinə çevrilən çay içmək tərzi izləyicilərin diqqətini çəkib.

Məlumat üçün qeyd edək ki, oranqutanlar əsasən Malayziya və İndoneziyanın sıx və nəm tropik meşələrində yaşayırlar.

Onlar tək yaşamağa üstünlük verirlər. Ağıllı və diqqətli olurlar. Bütün boş vaxtlarını ağaclarda keçirirlər, buna görə də ağac meymunu sayılırlar.