BMT Myanmaya silah satışının dayandırılması barədə qətnamə qəbul edib - VİDEO

08:20 20-06-2021 331

Aun San Su Çjinin 76 yaşının tamam olması ilə əlaqədar onlarla insan Myanma küçələrə çıxıb.

Xatırladaq ki, fevralın birində Myanmada dövlət çevrilişi olub, ölkənin başçısı Aun San Su Çji və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.

Etirazlar hərbçilər tərəfindən sərt şəkildə yatızdırılıb.

Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, nümayişlər nəticəsində təxminən 900 nəfər həyatını itirib, 5 mindən çox insan xəsarət alıb.

“Euronews” xəbər verir ki, BMT Baş Məclisi beynəlxalq birliyi Myanmaya silah satmamağa dəvət edən qərar qəbul edib.

Təşkilat hərbçilərdən zorakılığı dayandırmağı, siyasi məhbusları sərbəst buraxmağı və ölkədə demokratiyanın bərpasını tələb edir.