Rusiyada vaksin vurdurmaqdan imtina edən şəxslər işlərini itirə bilər

08:40 20-06-2021 292

Rusiyanın Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov iş müəssisələrində işçilərinin koronavirus əleyhinə peyvənddən imtina etdikləri təqdirdə onların işdən kənarlaşdırıla biləcəyini söyləyib.

Bu barədə “Kommersant” nəşri xəbər verib.

“Əgər regionda müəyyən kateqoriyaya aid işçilərin vaksinasiya olunması haqqında sanitar həkimin əmri varsa, peyvənd edilməmiş şəxs işindən kənarlaşdırıla bilər”, - deyə Rusiyanın Əmək Nazirliyinin rəhbəri vurğulayıb.

Bundan əvvəl isə A.Kotyakov vaksinasiyadan imtina edən işçilərin işdən çıxarılmasının qanunsuz olduğunu demişdi.