In yeni silahı sınaqdan çıxardı

04:27 11-08-2019 349

Şimali Koreya avqustun 10-da ölkə lideri Kim Çen Inın rəhbərliyi altında yeni silah növünü sınaqdan keçirib.

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat verir.

Yeni silahın növü açıqlanmır, lakin qeyd edilir ki, o, Şimali Koreyanın yerli şəraitinə uyğun hazırlanıb və əvvəlki silah növlərindən fərqlənən əlverişli taktiki xüsusiyyətlərə malikdir.

Agentlik Kim Çen Inın nəticələrdən razı qaldığını vurğulayır.

Xatırladaq ki, bu, son iki həftədə Şimali Koreya hərbiçiləri tərəfindən aparılmış beşinci sınaqdır.