Qazilərimizi görən türk azarkeşlərin coşqulu reaksiyası - VİDEO

23:20 20-06-2021 387

Bakı Olimpiya Stadionunda keçirilən Türkiyə-İsveçrə matçından sonra maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, stadionu tərk edən Vətən müharibəsi qazilərini görən türk azarkeşlər onları böyük coşqu ilə salamlayıb.

Daha sonra türk azarkeşlər “Qarabağ...”, qazilərimiz isə “Bizimdir!” deyə qışqırıblar.

Qeyd edək ki, sözügedən matç İsveçrənin 3:1 hesablı qələbəsi ilə başa çatıb.