Ermənistanda seçkilərlə bağlı ilk nəticələr açıqlandı: Paşinyan Koçaryanı böyük fərqlə qabaqlayır - RƏSMİ

23:40 20-06-2021 304

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi davam edir.

TASS xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası səsvermənin ilkin nəticələrini açıqlayıb.

Məlumata əsasən, hazırda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 58.04% səslə irəlidədir.

Onun başlıca rəqibi Robert Koçaryanın “Ermənistan” bloku isə yalnız səslərin 22.01%-ni qazanıb.