Koçaryanın seçki qərargahı: “Ümidimiz şəhər vilayətlərinə, xüsusən də İrəvanadır”

00:20 21-06-2021 359

Ermənistanın eks-prezidenti Robert Koçaryanın seçki qərargahı prosesin ilkin nəticələrini şərh edib.

“RİA Novosti” xəbər verir ki, qərargahın nümayəndəsi yekun nəticələr açıqlanmamış nəsə deməyin hələ tez olduğunu bildirib.

O əlavə edib ki, “Ermənistan” bloku şəhər vilayətlərindəki, xüsusən də İrəvandakı seçicilərə ümid edir.

Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, hazırda İrəvanda 68,22% səslə məhz Koçaryanın lideri olduğu siyasi blok öndə gedir. Nikol Paşinyanın partiyası isə paytaxtda cəmi 19,38% səs toplayıb.