Çinin nazir müavini ABŞ-a qaçıb

04:20 21-06-2021 261

Çinin dövlət təhlükəsizliyi nazirinin müavini Dong Jinvey ABŞ-a qaçıb.

Bu barədə “Daily Beast” məlumat yayıb.

Məlumata əsasən, nazir müavini hələ fevral ayında Honq Konq vasitəsilə ölkəni tərk edib.

Qızı ilə birlikdə Vaşinqtona yola düşən Jinvey özü ilə Uxan Virusologiya İnstitutuna dair məlumatları da aparıb.

Qeyd edək ki, məsələ ilə bağlı bütün məlumatların təsdiq edilmədiyi və yalnız Çinin rəsmi hökümətinə müxalif KİV-lərdə yayıldığı bildirilib.