Mikroavtobusla minik avtomobili toqquşdu: xeyli sayda xəsarət alan var

07:45 11-08-2019 392

Hacıqabulda  mikroavtobusla minik avtomobili toqquşub, yaralananlar var.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda rayonun Qarasu kəndi ərazisindən keçən hissədə qeydə alınıb.  

Belə ki, mikroavtobusla minik avtomobili toqquşub. İlkin məlumata görə, 11 nəfərə yaxın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarətalanlar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.