Təhsil sahəsində işə qəbul üzrə test imtahanın vaxtı AÇIQLANDI

11:40 21-06-2021 328

Təhsil sahəsində işə qəbul üzrə müsabiqəsinin test imtahanının vaxtı bəlli olub.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi 24-25 iyun 2021-ci il tarixlərində keçiriləcək.

İmtahanlar Bakı şəhəri 220 nömrəli məktəb-liseyin inzibati binasında təşkil olunacaq. Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1 146 şəxs portal vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 778 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib. 

Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv ediləcək.