Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanıldı

12:00 21-06-2021 322

Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən bir bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə N.Məmmədovun ayrı-ayrı vaxtlarda Lənkəran şəhəri ərazisindəki rabitə qovşaqlarından birindən ümumi dəyəri 1 200 manat olan mis kabelləri oğurladığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.