Moskvada “Tesla”nın partlama anı - VİDEO

10:36 11-08-2019 436

Moskvada “Tesla” elektromobili partlayıb.

“RİA Novosti” xəbər verir ki, nəqliyyat vasitəsinin yanması və partlaması ilə bağlı video sosial şəbəkədə yayılıb.

Belə ki, avtopilotda hərəkət edən avtomobil qarşıdakı maşınla toqquşub. Daha sonra hadisə yerindən aparılmaq üçün evakuator gözləyən “Tesla” birdən-birə güclü şəkildə partlayıb və alışıb.

Hadisə nəticəsində üç nəfər yaralanıb.