Göyçay bazarında qəza: Xəsarət alanlar var - FOTO

16:00 23-06-2021 341

Göyçay rayonunda insanların sıx olduğu yerdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərindəki “Təzə Bazar”da qeydə alınıb.

VAZ-2199 markalı minik avtomobili ilə bazarın içərisində hərəkət edərkən qəflətən idarəetməni itirib, maşın piştaxtaların üstünə çıxıb, satıcı və alıcılar yüngül xəsarətlər alıblar.