Günəş sistemi üçün yeni təhlükə - FOTO

18:00 23-06-2021 428

Günəş sisteminin mərkəzinə nəhəng kometa yaxınlaşır. 

“Fox News” xəbər verir ki, alimlərin “2014 UN271” adlandırdığı böyük səma cisminin diametri 100-370 kilometr arasında dəyişir. “Meqa-kometa”nın orbiti son dərəcə uzundur - bir dövrə təxminən 600 min il çəkir.

Alimlərin təxmini hesablamalarına görə, obyekt Saturnun orbitinə 10 ildən sonra çata bilər. 

Ancaq astronomlar onu da bildiriblər ki, çox parlaq olmasına baxmayaraq, bu kometanı teleskop olmadan görmək mümkün olmayacaq.