Bəlkə də mal-qara Ermənistanın ən parlaq zəkaları və ağıllarıdır

18:20 23-06-2021 344

Kubra Məhərrəmova yazır...

Azərbaycan Ermənistan sərhədində hər açılan səhər əfsanədir, nağıldır desək yanılmarıq. 

Niyə nağıl, əfsanə? Çünki ermənilər hər gün yeni bir nağıl, mahnı, şeir, nə bilim ədəbi janrda əsərlər yaradır. Daha doğrusu uydurur. Və elə uydurur ki, özü də inanır. 

Dünənə kimi sərhəddə yaşayan ermənilər özlərini öldürürdülər ki, bəs Azərbaycan hərbi qüvvələri bizim mal-qaranı hərbi qənimət kimi aparır. Sonra da kabab çəkib yeyirlər. Bizə acıq verirlər. Öz mal-qaramızın kabab iyindən bir-təhər oluruq.

Sonra da erməni kəndliləri üzünü “Ulu Avropaya”, “Böyük Qərb” tanrısına tutub qışqırırlar ki, “bəs biz bu barbar tayfası (yəni biz, azərbaycanlılarla) bir yerdə yaşaya bilmərik. Gəlin, bizi xilas edin bunların əlindən. 

Heç kimə sirr deyil ki, hal-hazırda Azərbaycan öz sərhədlərini müəyyən edir. Özü də qanunu yolla. Xəritə, sənədlə. Təbii ki, illərlə özbaşınalıq edən, örüşü, yaylağı bizim ərazilər olan erməni çobanı üçün bu yenilikdir. Özü elə bir yenilikdir ki, bundan eyforiyaya düşüb nağıl uydurur. Və bu millətin nağıl, əfsanə uydurmaq üzrə bacarığının bu qədər yüksək olması onların bütün dediklərinin nağıldan ibarət olmasını sübut edir. “Erməni soyqırımı”, “Böyük Ermənistan” və s. kimi nağıllar.

Dünən isə Ermənistanın Baş qərargah rəisi Artak Davtyan isə bildirib ki, mal-qara özü baş alıb gedir Azərbaycan ərazisinə. Azərbaycan hərbçiləri tərəfindən atəş açılması da erməni kəndliləri tərəfindən yayılan şayiədir. Elə mal-qaranın qaçırılması da həmçinin. 

Ermənistanın Baş qərargah rəisi Artak Davtyan fikirlərinə onu da əlavə edib ki, Azərbaycan ərazisinə keçən mal-qaranı danışıqlar yolu ilə geri qaytarırıq. O, bir daha vurğulayıb ki, belə danışıqlara görə son günlər ərzində dörd erməni əsirini də geri qaytara biliblər. 

Açığı geri qaytarılan əsirlərin kim olması barədə məlumat yoxdur. Amma zənn edirəm ki, bu yolu azan erməni çobanı və ya kəndlisi ola bilər. Bunları da mal-qaraya qoşub bizimkilər göndəriblər Ermənistanın Baş qərargah rəisinin yanına. 

Sözüm onda deyil.

Sözüm canı odur ki, bəzən heyvanlar insanlardan daha ağıllı davranır. Çünki onlar daha rahat yeri tez təyin edə bilirlər. Mal-qara belə anlayır ki, Azərbaycan ərazisində yaşamaq Ermənistanda yaşamaqdan daha əlverişlidir, rahatdır, güvənlidir. Ona görə də zənciri qırılan kimi, baş alıb keçir Azərbaycan ərazisinə. Axı onun da xoşbəxt yaşamağa haqqı var. Burada da ermənilər imkan vermirlər yazıq heyvanlara. Hay-küy salıb geri qaytarırlar… Üstündə də yolu azmış çobanları…

Bəlkə də bu mal-qara Ermənistanın ən parlaq zəkaları və ağıllarıdır. Bütün bu hay-küyün içində düzgün yolu görə bilirlər. Heyif ki, hər dəfə də onları geri qaytarırlar.