Sabahın hava proqnozu: dəyişkən buludlu, şimşək, arabir yağış

17:45 11-08-2019 589

Avqustun 12-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti,

Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-25° isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti təşkil edəcək.