Hindistandakı daşqın 147 nəfərin ölümünə səbəb oldu

18:09 11-08-2019 454

Hindistanın cənubundakı Kerala, Maharashtra və Karnataka ştatlarında yağan leysan yağışların səbəb olduğu daşqın nəticəsində, ən azı 147 adam dünyasını dəyişib.

Əvvəlki xəbərlərdə ölərnlərin sayının 95 nəfər olduğu bildirilirdi.

HerGun.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, daşqın zonasından 165 mindən çox insan təxliyə edilib. Bəzi bölgələrdə ən yüksək təhlükə səviyyəsi elan edilib, məktəblərdə dərslər ləğv olunub. Keralanın ən böyük aeroportu olan Koçin Beynəlxalq Hava Limanı bağlanıb.

Hindistan Meteoroloji Departamentinin proqnozlarına görə, ölkənin cənubunda leysan yağışları bir neçə gün davam edəcək.