Məşhur ifaçı Katya Lel arıqlama pəhrizlərinin bədəninə mənfi təsirindən danışdı - FOTO

08:40 26-06-2021 515

Rusiyalı pop ifaçısı Katya Lel müxtəlif arıqlama pəhrizlərinin bədəninə mənfi təsirlərindən danışıb.

Bu barədə Lenta.ru xəbər verib.

O, 2010-cu ildə musiqi prodüseri Maksim Fadeyevin onun qarşısına 46 kiloqrama qədər arıqlamaq vəzifəsini qoyduğunu xatırlayıb. Lel bu cür radikal dəyişikliklərin fiziki və zehni sağlamlığını ciddi şəkildə təsir etdiyini qeyd edib.

“Psixoloji və fiziki vəziyyətim üçün bu tamamilə səhv idi”, - deyən Lel pəhrizin təsirlərinin dağıdıcı olduğunu vurğulayıb.

O, hələ də çox arıqlığa ümumi meyli anlaya bilmədiyini bildirib.

Bununla belə, məşhur ifaçı çəkisini izləməyi dayandırmadığını qeyd edib. O, mütəmadi olaraq idmanla məşğul olduğunu vurğulayıb.