Avtomobil ağaca çırpıldı: bir ölü, iki yaralı

23:36 11-08-2019 1098

Lənkəranda qəza 1 nəfərin ölümünə, 2 nəfərin yaralanmasına səbəb olub.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Lənkəran şəhərində, sakinlərin Qalayçılar məhəlləsi  adlandırdığı ərazidə "Toyota" markalı avtomobil ağaca çırpılıb. Nəticədə bir nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.