Məşhur Hollivud aktyoru Azərbaycanda çəkilmiş şəkillər axtarır – FOTO

20:40 27-06-2021 488

Tanınmış Hollivud aktyoru və kinorejissoru Cozef Qordon Levit yeni lahiyə üçün Azərbaycanda çəkilmiş fotolar axtarır.

Bu barədə o, “Facebook” şəbəkəsində status yazıb.

Amerikalı məşhur statusunda layihənin linkini də yerləşdirib.

“Yaşadığınız yerdən fotoları dərc edin. Bu təbiət, şəhər mənzərələri, heyvanlar, bitkilər, binalar ola bilər. Bütün şəkillər qəbul edilir”, -deyə layihənin əsas səhifəsində bildirilir.

Qeyd edək ki, Cozef Qordon Levit “Başlanğıc”, “Qara cəngavər: Əfsanənin dirçəlişi”, “Zaman ilməsi”, “Linkoln, “Snouden”, “Həyat gözəldir” kimi filmlərdə canlandırdığı obrazlarla yadda qalıb. O, iki dəfə “Qızıl kürə” mükafatının nominantı olub.