Murad Boz yeni serialından danışdı - FOTO

22:20 28-06-2021 497

Baş rollarda Türkiyənin tanınmış aktrisası Tuba Büyüküstünün və mügənni Murat Bozun çəkiləcəyi “Netflix”in “Another Self” serialı böyük əks-səda doğurub.

“Haber Global” məlumat verir ki, bugünlərdə İstanbulun Etilər məhəlləsində görünən M.Boz media nümayəndələrilə ayaqüstü söhbət edib.

O, bildirib ki, əvvəllər də seriallarda qonaq oyunçu kimi yer alıb.

“Amma bu ilk baş rolumdur. Bu layihə mənim üçün bir başqadır”, - deyə ifaçı bildirib.

Qeyd edək ki, serialın çəkilişləri yaxın zamanlarda başlayacaq. Onun yayımı isə 2022-ci ildə həyata keçiriləcək.