Kolumbiyada aviaşou zamanı faciə: iki hərbçi həlak oldu - VİDEO

07:54 12-08-2019 623

Kolumbiyanın Medelyin şəhərində keçirilən aviaşou zamanı iki hərbçi həlak olub.

TASS xəbər verir ki, faciə hərbi paradda baş verib.

Hava nümayişi zamanı iki hərbçi Kolumbiya bayrağını tutaraq vertolyotdan trosla sallanıb. Hansısa məqamda tros qırılıb və hər iki hərbçi böyük yüksəklikdən yerə düşüb.

Hazırda paradın keçirildiyi zona bağlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.