Azərbaycanda bayram namazı qılınıb - FOTO

09:18 12-08-2019 482

Bu gün müqəddəs Qurban bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınıb.

HerGun.Az xəbər verir ki, bayram namazına Bakının “Əjdərbəy” məscidində saat 08:00-da, “Təzəpir” məscidində isə 09:00-da başlanılıb.

“Təzəpir”də namaza məscidin imamı Mircəfər Əyyubov rəhbərlik edib.

Yüzlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib. Daha sonra bayram münasibətilə bir-birilərini təbrik ediblər.