Sevgilisi yeddi polisi bıçaqladı: Türkiyəli aktrisa nəzarətə götürüldü - VİDEO

14:20 30-06-2021 678

Türkiyəli məşhur aktrisa Ayşəgül Çinar İstanbulda hoteldə sevgilisi ilə dalaşıb.

“Sondakika” xəbər verir ki, aktrisanın sevgilisi Furkan Çalıkoğlu onlara müdaxilə etmək istəyən hotel işçilərinə və polislərə bıçaqla hücum edib.

Nəticədə o 5 işçini, 7 polisi yaralayıb.

Aktrisa və sevgilisi polis idarəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 3 ay əvvəl avtomobilində narkotik maddə tapılan A.Çinar nəzarətə götürülüb. O, narkotikin sevgilisi tərəfindən maşınına qoyulduğunu deyib.