Arıqlama əməliyyatı keçirən məşhur: “Çox peşmanam” - FOTO

06:20 04-07-2021 524

Keçirdiyi mədə kiçiltmə əməliyyatı ilə çəkisi 70 kiloqramdan 46-ya düşən türkiyəli məşhur müğənni Seren Serengil yaşadığı peşmanlıqdan danışıb.

“Instagram” hesabından bununla bağlı paylaşım edən müğənni bildirib ki, əgər indi yüz kiloqram olacağımı desələr qaça-qaça geri qayıdaram.

“Gözəl olduq nə oldu, xoşbəxt ola bildikmi?”, - deyə gileylənən müğənni izləyicilərinə səslənib:

“Gözəlin düşməni ən gözəldir. Ən gözəl ola bilmək üçün əlinizdəki gözəllikdən də olmayın. Sağlamlığınız getməsin. Qoy, sizi bəyənən belə bəyənsin, bəyənmirsə qapını göstərin”.