Rusiyanın “Birinci kanal”ı Alim Qasımovun Moskva konsertindən süjet hazırlayıb - VİDEO

00:00 05-07-2021 549

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində “Dünya məhəbbət üzərində qurulub” kompoziyası ilə çıxış edib.

Konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbaycan xalq musiqisi nümunələri ilə tamaşaçıların könlünü oxşayıblar.

Rusiyanın “Birinci kanal”ı isə sözügedən konsertdən süjet hazırlayıb: