Türkiyə Ukrayna üçün hazırladığı hərbi gəmini 2023-cü ildə təhvil verəcək

04:40 05-07-2021 324

Türkiyədə Ukrayna hərbi gəmisinin istehsalı 2023-cü ildə başa çatacaq.

TASS xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

“Bizim türkiyəli dostlarımız Ukrayna Hərbi Dəniz Qüvələrinin gəmi heyətinin inkişafını fəal şəkildə dəstəkləyir. Artıq müasir korvetimizin ilk korpusunun hazırlanmasına başlanılıb və 2023-cü ilin sonunadək proses başa çatacaq”, - deyə dövlət başçısı bildirib.

Zelenski, həmçinin bu yaxınlarda “Bayraktar” PUA-larının da Ukraynaya gətiriləcəyini xatırladıb.