Biləsuvarda ev yanıb

01:45 13-08-2019 454

Biləsuvarda yanğın olub.

HerGun.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yuxarı Ağalı kəndində baş vermiş yanğın zamanı rayonunun ümumi sahəsi 35 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.